İRAN YERİN ALTINDA NƏ GİZLƏDİR? - sirli tikinti üzə çıxdı
28 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
43
29.11.2026, 18:15
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Peru XİN arasında 27-də videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsi məlumat yayıb.
Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Peru nümayəndə heyətinə isə həmin ölkənin xarici siyasət idarəsi Xaricdəki Peru İcmaları və Konsulluq İşləri üzrə Baş idarəsinin direktoru Pedro Bravo Karranza rəhbərlik edib.
Görüşdə hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları ilə yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmin nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndələri, o cümlədən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, Perudakı diplomatik ofisin əməkdaşları iştirak edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının gücləndirilməsi, xüsusən də qarşılıqlı səfərlər üçün ümumvətəndaş pasport sahiblərinə vizasız gediş-gəlişin təmin edilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, bu sahədə reallaşan layihələr barədə müzakirə aparılıb və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, iki ölkə arasında arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
15:24 / 29 Noyabr 2026
146
12:43 / 29 Noyabr 2026
355
12:03 / 29 Noyabr 2026
167
12:00 / 29 Noyabr 2026
196
11:33 / 29 Noyabr 2026
184
10:55 / 29 Noyabr 2026
182
10:25 / 29 Noyabr 2026
307
10:24 / 29 Noyabr 2026
673
10:00 / 29 Noyabr 2026
382
09:58 / 29 Noyabr 2026
197
09:54 / 29 Noyabr 2026
222
09:15 / 29 Noyabr 2026
203
01:31 / 29 Noyabr 2026
344
01:22 / 29 Noyabr 2026
317
00:11 / 29 Noyabr 2026
428
23:56 / 28 Noyabr 2026
801
23:47 / 28 Noyabr 2026
314
23:36 / 28 Noyabr 2026
1130
23:13 / 28 Noyabr 2026
309
22:57 / 28 Noyabr 2026
292
22:29 / 28 Noyabr 2026
320
22:11 / 28 Noyabr 2026
308
22:01 / 28 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.