Qaynar xətt:

(+99450) 247 90 86

Aqil Məmmədova "polkovnik" hərbi rütbəsi verildi

Aqil Məmmədova \"polkovnik\" hərbi rütbəsi verildi

HƏRBİ

70

29.11.2026, 21:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova "polkovnik" hərbi rütbəsi verilib.

Oxu24.com "Unikal"a istinadla xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.

​1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov ​2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb.

O, "Vətən uğrunda", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.

​Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.