Qaynar xətt:

(+99450) 247 90 86

Baxış Hüseynov vəfat etdi

Baxış Hüseynov vəfat etdi

SON DƏQİQƏ

736

12.11.2023, 12:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib.
Oxu24.com-un xəbərinə görə, o bu gün dünyasını dəyişib. Qeyd edək ki, B.Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda (ATİ) təhsil alıb. 1962-ci ildən Moskva Tibb Stomatoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında asistent, 1969-cu ildə dosent vəzifələrində çalışıb. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.
B.Hüseynov 1992-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib.