Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bu ölkədən Azərbaycana uçuşlar başladı

SON DƏQİQƏ! Bu ölkədən Azərbaycana uçuşlar başladı

SON DƏQİQƏ

998

07.12.2022, 18:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin dekabrın 25-dən Qazaxıstanın paytaxtı Astanadan Bakıya birbaşa reyslər bərpa olunur.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi açıqlayıb.

Hələlik reysin hansı növ təyyarə ilə həyata keçiriləcəyi və həftə ərzində uçuşların sayı açıqlanmayıb.

Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. O vaxtadək Almatı, Aktau və Astana istiqamətində uçuşlar həyata keçirilirdi. Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Astanadan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

Artıq 2021-ci ilin noyabrın 7-dən "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu üzrə uçuşlara başlayıb. Uçuşlar cümə axşamı və bazar günləri həyata keçirilir. Qiymətlər 400 ABŞ dollardan başlayır.

Aynurə Orucova qətlə yetirilib