Azərbaycanda tanınmış sənətçi VƏFAT ETDİ
13 Oktyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
118
13.10.2026, 18:34
"Mən vaxtilə İranda yaşamışam. Oradakı molla rejiminin insanlara, xüsusilə də insanların şəxsi azadlıqlarına qarşı sərgilədiyi qəddar münasibəti öz gözlərimlə görmüş, öz canımla yaşamışam. Mən adi bir qısaqol geyimə görə küçədə həbs olunmuş, polisə aparılmış, orada döyülmüşəm. İnanmağı çətin olsa da adicə xanım tələbə yoldaşım ilə birlikdə universitetdən çıxanda həbs edilmiş 40 zərbə şallağa məhkum olmuşam. 3-cü sinifdə oxuyanda müəllimlə Azərbaycan Türkcəsində danışdığıma görə sinifdən xaric edilmişəm. Mən İran fars-molla rejiminin yaymaq istədiyi mənfur "dini" ideologiyanı çox gözəl tanıyıram".
Bu sözləri Oxu24.com-a açıqlamasında Cənubi Azərbaycandan olan şair,AYB sədrinin müşaviri Sayman Aruz bildirib.
"Bəli, dostlar, sadəcə geyimimə, tələbə yoldaşımla birgə yeridiyimə, ana dilində sinifdə danışdığıma görə! İnsanın nə geyinəcəyinə, necə davranacağına belə qərar verən bir hakimiyyət hansı mənəviyyatdan, hansı ədalətdən, hansı insanlıqdan danışa və ya başqalarına necə yol göstərə bilər?!
Mən və mənim kimi minlərlə, milyonlarla gənc İranda din adı altında zorakılığın, təhqirin və mənəvi terrorun qurbanına çevrilmişik. Qadınların isə taleyi daha ağrılıdır. Onların yalnız şəxsi azadlıqları deyil, həyat sevincləri, arzuları, gənclikləri, bir sözlə, dünyaları əllərindən alınıb. Qadını qorumaq adı ilə onun azadlığını əlindən almaq, mənəviyyat adı ilə onu qorxu içində yaşatmaq, əxlaq adı ilə onun iradəsini sındırmaq nə dindir, nə də insanlıq!
Təəssüf ki, İranda din hakimiyyətin əlində bir siyasi alətə çevrilib. Bu alətlə insanları susdurur, cəmiyyətə qorxu aşılayır, müxtəlif xalqların milli kimliyinə təzyiq göstərir, assimilyasiya siyasətini davam etdirirlər. Dini ideologiyadan öz siyasi maraqları naminə istifadə edən qüvvələr regionda terrorçu təşkilatların yaranmasına və fəaliyyətinə də zəmin yaradıblar. Bütün bunlar dinin deyil, dindən sui-istifadə edən siyasi fanatizmin faciəsidir.
Mən hesab edirəm ki, bu zəhərli ideologiyanın yayılmasının qarşısı qətiyyətlə alınmalıdır. Müstəqil Azərbaycan da dini fanatizmin, dini məcburiyyətin və teokratik idarəçilik düşüncəsinin cəmiyyətimizdə kök salmasına imkan verməməlidir. Bizim dövlətimiz dünyəvi dövlətçilik prinsiplərini, insan hüquqlarını, vicdan və seçim azadlığını qorumalıdır.
Heç bir insanın geyiminə, düşüncəsinə, inancına görə alçaldılmadığı, döyülmədiyi, həbs edilmədiyi bir cəmiyyət istəyirik! Çünki din insanı zəncirləmək üçün deyil, mənəvi yüksəlişə çağırmaq üçündür. Hakimiyyətin müqəddəsliyi olmur; müqəddəs olan insanın ləyaqəti, azadlığı və haqqıdır!",-deyə S.Aruz bildirib.
Sayman Aruz Azərbaycanda tətbiq edilən vahid məktəbli formasından da danışıb.
"Bu gün Azərbaycanda məktəbli geyimləri ətrafında yaradılan mübahisələrə də sadəcə geyim məsələsi kimi baxmaq olmaz. Uşaqların məktəb forması üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq, valideynləri üz-üzə qoymaq, dini və dünyəvi dəyərlər arasında süni düşmənçilik formalaşdırmaq cəhdləri varsa, bunun arxasında hansı qüvvələrin dayandığı ciddi şəkildə araşdırılmalıdır. İran mərkəzli dini-ideoloji dairələrin Azərbaycanda ictimai rəyə təsir göstərmək və cəmiyyətdə parçalanma yaratmaq ehtimalı diqqətdən kənarda qalmamalıdır.
Azərbaycan xalqı öz övladlarının necə təhsil alacağını, məktəblərində hansı qaydaların tətbiq ediləcəyini, cəmiyyətinin hansı prinsiplər üzərində inkişaf edəcəyini özü müəyyənləşdirməlidir. Heç bir xarici dini mərkəzin, heç bir teokratik ideologiyanın Azərbaycan cəmiyyətinə öz iradəsini qəbul etdirmək haqqı yoxdur. Biz İran təcrübəsini yaşamış insanların ağrısını da, bu təcrübədən çıxardığımız dərsləri də unutmamalıyıq. Azərbaycanın məktəbləri dini-ideoloji mübarizənin meydanına çevrilməməli, uşaqlarımızın gələcəyi siyasi və dini manipulyasiyaların qurbanı olmamalıdır!",-deyə o bildirib.
Nigar
19:12 / 13 Oktyabr 2026
36
19:00 / 13 Oktyabr 2026
41
18:58 / 13 Oktyabr 2026
232
18:53 / 13 Oktyabr 2026
48
18:45 / 13 Oktyabr 2026
127
18:35 / 13 Oktyabr 2026
69
18:35 / 13 Oktyabr 2026
196
18:24 / 13 Oktyabr 2026
145
18:20 / 13 Oktyabr 2026
56
18:04 / 13 Oktyabr 2026
83
18:00 / 13 Oktyabr 2026
106
17:58 / 13 Oktyabr 2026
79
17:48 / 13 Oktyabr 2026
121
17:39 / 13 Oktyabr 2026
93
17:37 / 13 Oktyabr 2026
306
17:29 / 13 Oktyabr 2026
292
17:25 / 13 Oktyabr 2026
87
17:07 / 13 Oktyabr 2026
99
17:07 / 13 Oktyabr 2026
92
16:59 / 13 Oktyabr 2026
106
16:49 / 13 Oktyabr 2026
3116
16:46 / 13 Oktyabr 2026
1204
16:28 / 13 Oktyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.