Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

SON DƏQİQƏ

924

20.07.2022, 18:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.

Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.