Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1879
07.01.2022, 13:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Oxu24.com-un məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də onların pensiya təminatının yaxşılaşdırılması bu gün ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.
Onun sözlərinə görə, ötən dövrdə də bu istiqamətdə mühüm addımlar atılıb, hərbi qulluqçuların pensiyalarında dəfələrlə artımlar edilib.
Nazirlik rəsmisi deyib ki, pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətinin, göstərmiş olduqları xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır: "Bununla belə, hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır. Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu".
F.Talıbov bildirib ki, hazırda da hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır: "Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaqdır. Lakin hərbi qulluqçuların təminat xərcliyi artığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunvericiliklə onların pensiyalarında artımı şərtləndirmir. İstərdik ki, bu tip həssas mövzularda məlumatlar paylaşanlar əvvəlcə bunu aidiyyəti qurumla dəqiqləşdirsin, əks halda belə qeyri-səhih məlumatlar insanlarda çaşqınlığa, yanlış ictimai rəyin formalaşmasına səbəb ola bilər".
19:48 / 06 Noyabr 2026
1
19:37 / 06 Noyabr 2026
50
19:37 / 06 Noyabr 2026
50
19:07 / 06 Noyabr 2026
236
18:43 / 06 Noyabr 2026
116
18:33 / 06 Noyabr 2026
123
18:27 / 06 Noyabr 2026
851
18:24 / 06 Noyabr 2026
105
18:13 / 06 Noyabr 2026
118
17:55 / 06 Noyabr 2026
117
17:46 / 06 Noyabr 2026
114
17:42 / 06 Noyabr 2026
410
17:29 / 06 Noyabr 2026
127
17:24 / 06 Noyabr 2026
904
17:13 / 06 Noyabr 2026
121
16:54 / 06 Noyabr 2026
136
16:44 / 06 Noyabr 2026
132
16:36 / 06 Noyabr 2026
148
16:22 / 06 Noyabr 2026
132
16:17 / 06 Noyabr 2026
160
16:02 / 06 Noyabr 2026
165
15:54 / 06 Noyabr 2026
174
15:50 / 06 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.