Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
584
30.11.2021, 13:14
“İlkin məlumatlara görə, “Omikron” ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştama yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur”.
Bunu Oxu24.com-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.
“İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştamına yoluxanların deyil, virusun bütün ştamlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. Hazırda “Omikron” ştamı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omikron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər.
“COVID-19-un hazırda dünyada geniş yayılmış “Delta” ştamı da daxil olmaqla bütün variantları xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”, - təşkilatdan bildiriblər.
“Peyvəndləmə hələ də xəstəliyə ağır yoluxma və ölüm hallarının azaldılması baxımından həlledici əhəmiyyətə malikdir. Mövcud vaksinlər ağır yoluxma və ölüm hallarına qarşı effektiv olaraq qalmaqdadır. COVID-19 virusunun yayılmasını azaltmaq üçün görüləcək ən effektiv tədbirlərə 1 metrdən az olmayaraq məsafə saxlamaq, üzə sıx yapışan tibbi maska taxmaq, məkanda havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açmaq, pis havalandırılan və ya insanların çox olduğu məkanlara getməmək, əlləri təmiz saxlamaq, öskürərkən və ya asqırarkən ağızı qol bükümü və ya parça ilə tutmaq, vaxtlı-vaxtında peyvənd olunmaq daxildir”, - ÜST-dən deyiblər.
13:44 / 09 Noyabr 2026
1
13:21 / 09 Noyabr 2026
55
13:11 / 09 Noyabr 2026
97
12:57 / 09 Noyabr 2026
715
12:55 / 09 Noyabr 2026
86
12:40 / 09 Noyabr 2026
180
12:27 / 09 Noyabr 2026
117
12:15 / 09 Noyabr 2026
279
12:03 / 09 Noyabr 2026
1011
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
123
11:37 / 09 Noyabr 2026
266
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
107
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
362
11:05 / 09 Noyabr 2026
166
10:55 / 09 Noyabr 2026
228
10:51 / 09 Noyabr 2026
445
10:44 / 09 Noyabr 2026
204
10:38 / 09 Noyabr 2026
267
10:30 / 09 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.