Qaynar xətt:

(+99450) 247 90 86

Yeni xəstəlik yayılır: 5 yaşa qədər olan uşaqları hədəf alır

Yeni xəstəlik yayılır: 5 yaşa qədər olan uşaqları hədəf alır

SON DƏQİQƏ

964

22.10.2021, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Konqo Demokratik Respublikasında bilinməyən xəstəlik səbəbindən avqust ayından bu yana 165 uşaq dünyasını dəyişib.

Oxu24.com  bildirir ki, ilk dəfə Kvilu əyalətinin Qunqu qəsəbəsində qeydə alınan xəstəliyin 5 yaşına qədər olan uşaqlara təsir etdiyi bildirilib. Ölkənin Səhiyyə Nazirliyi həmin uşaqlarda malyariyaya bənzər simptomların olduğunu və test nəticələrinin müsbət çıxdığını deyib.
Kvilu əyalətinin səhiyyə rəisi Cin Pier jurnalistlərə açıqlamasında qeyd edib ki, bəzi uşaqlarda sözügedən xəstəlik əlamətləri olsa da, bəzilərində müəyyən edilməyən infeksiya aşkarlanıb:
“Uşaqlar haqqında heç nə bilmədiyimiz, anemiyaya səbəb olan xəstəliklə mübarizə aparırlar. Hazırda xəstəliyin qaynağını və ona qarşı mübarizə üsullarını öyrənməyə çalışırıq”.

 

Eyni zamanda xəstəliyin Lozo Munene və Kinzamba kəndlərində də gün ərzində orta hesabla 4 uşağın ölümünə səbəb olduğunu qeyd edilib.Sfera.az