Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2557
13.10.2021, 16:20
"Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub".
Oxu24.com xəbər verir ki, bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub: "İlkin diaqnoz "kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib".
"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib"- deyə məlumatda vurğulanıb.
Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.