Qaynar xətt:

(+99450) 247 90 86

İrandan dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

İrandan dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

SON DƏQİQƏ

1835

11.10.2021, 19:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb.

Oxu24.com  xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, hadisə Xaş və Sarvan yaşayış məntəqələri arasındakı avtomobil yolunda baş verib. İki avtomobil aşıb.

Məlumata görə, xəsarət alanlar və ölənlərin hamısı qanunsuz miqrantlardır.

Onlar İranın mərkəzi əyalətinə getmək istəyirmişlər.

Qeyd edək ki, bu əyalət Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.

Əfqanıstandan olan qaçqınları əsasən bu əyalətdən İrana keçirirlər.