Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Düşmən itki verdi

SON DƏQİQƏ: Düşmən itki verdi

SON DƏQİQƏ

8465

16.08.2021, 12:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Düşmən ordusu Naxçıvan istiqamətində itki verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün səhər saatlarında Naxçıvanla sərhəddə yerləşən Yerasxda  xidmət edən zabit V.Tatosyan snayperinin açdığı atəş nəticəsində ölüb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd edilib ki, ordumuzun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.