Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2653
29.04.2021, 20:41
Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovun qanunsuz tikinti fəaliyyəti ilə bağlı adı hallanan iş adamı Famil Xəlilov yayılan məlumatlara münasibət bildirib.
Oxu24.com xəbər verir ki, “Park Kolizey” MTK şirkətinin rəhbəri Famil Xəlilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki il əvvəl Şəmkir şəhərində bərbad vəziyyətdə olan bir parkı abadlaşdırmaq və orada köhnə binanın yerində yeni hündürmərtəbəli bina tikmək qərarına gəlib:
“Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparanda həmin binanın icra hakimiyyətinin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir Ərazi İdarəsinin balansında olduğunu bildirdilər. İcra hakimiyyətindən bizə heç bir kömək edə bilməyəcəklərini söylədilər. Biz də qanunlara uyğun olaraq həmin ərazini özəlləşdirdik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazım olan bütün sənədləri toplayaraq tikintiyə başladıq”.
F.Xəlilov qeyd edib ki, Şəmkir şəhərində yaşayış binaları əsasən “Park Kolizey” MTK tikinti şirkəti tərəfindən aparıldığından ittihamlar eyni zamanda onun ünvanına səslənib:
“Şəmkir rayonu İcra Hakimiyyətinə məxsus olmayan bir ərazi üçün hər hansı rüşvətin verilməsi məntiqsizdir. Haqqımda bu xəbəri yaydıranlar və yayanlara bildirmək istəyirəm ki, sizlər bizi istəməyən və Şəmkirimizin gözəlləşməsini, abadlaşmasını istəməyən adamlarsız. İddia edilənlərin əsası yoxdur və heç kəsə rüşvət verməmişəm. Bundan sonra da belə hallar təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.
14:15 / 12 Noyabr 2026
42
14:04 / 12 Noyabr 2026
180
13:59 / 12 Noyabr 2026
165
13:55 / 12 Noyabr 2026
68
13:45 / 12 Noyabr 2026
130
13:36 / 12 Noyabr 2026
164
13:29 / 12 Noyabr 2026
78
13:21 / 12 Noyabr 2026
84
13:20 / 12 Noyabr 2026
119
13:18 / 12 Noyabr 2026
334
13:16 / 12 Noyabr 2026
114
13:07 / 12 Noyabr 2026
331
13:04 / 12 Noyabr 2026
74
13:00 / 12 Noyabr 2026
75
12:40 / 12 Noyabr 2026
76
12:25 / 12 Noyabr 2026
108
12:05 / 12 Noyabr 2026
112
11:55 / 12 Noyabr 2026
114
11:50 / 12 Noyabr 2026
127
11:36 / 12 Noyabr 2026
108
11:35 / 12 Noyabr 2026
114
11:34 / 12 Noyabr 2026
167
11:31 / 12 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.