Qaynar xətt:

(+99450) 247 90 86

Həbsxanada qiyam: Xeyli sayda ölən və yaralılar var

Həbsxanada qiyam: Xeyli sayda ölən və yaralılar var

SON DƏQİQƏ

2069

29.04.2021, 09:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ekvadorun ən böyük şəhərlərindən olan Quayakildə yerləşən həbsxanada məhkumlar arasında qarşıdurma baş verib.

Oxu24.com  RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. 

Polisin müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb.

Yaralıların tibb mərkəzlərinə yerləşdirildiyi bildirilib.

Ekvadorun Daxili İşlər naziri Qabriel Martinez “Twitter” səhifəsində yazıb ki, ölkənin bütün həbsxanalarda təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, ölkədə bu ilin fevral ayında analoji hadisə baş verib, Bir sıra həbsxanalarda məhkumlar təhlükəsizlik əməkdaşlarını girov götürüb. İğtişaşlar nəticəsində 79 nəfər həlak olub.