Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3099
11.01.2021, 13:12
Son vaxtlar Bakıda quşların, əsasən də qara qarğaların kütləvi ölümünə rast gəlinir.
Bu barədə oxucular BAKU.WS-in qaynar xəttinə məlumat veriblər.
Deyilənləri dəqiqləşdirmək üçün paytaxtın bəzi parklarında olduq. “Elmlər Akademiyası” yaxınlığındakı parkda kütləvi qarğa ölüləri ilə rastlaşdıq.
“Memar Əcəmi” metrosu yaxınlığındakı parkda da eyni vəziyyət idi.
Qarğalar niyə kütləvi şəkildə ölür?
Suala cavab tapmaq üçün AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifova müraciət etdik. Professor BAKU.WS-ə açıqlamasında bildirdi ki, qarğaların kütləvi ölümü bir sıra amillərlə bağlı ola bilər.
“Bunun səbəblərindən biri də xəstəliklərin yayılması, müəyyən sanitar tədbirlərdir. Əvvəllər sahibsiz itlər, pişiklər və qarğalar çox idi. Bunun da səbəblərindən biri zibilliklərin çox olması idi. İndi zibil yeşikləri bağlanır, ətrafa atılan tullantılar yığılır.
Digər məsələlərdən biri də xəstəliklərin olmasıdır.
Qarğaların kütləvi ölümü əslində təbiətdə balansın tənzimlənməsidir. Çünki son illər qarğalar həddindən artıq çoxalmışdı. Qarğalar ağıllı və güclü heyvanlardır. Onlar digər heyvanları sıxışdırıb çıxarırdılar. Onların ölməsi təbiətdə bioloji müxtəlifliyin qorunmasına kömək edəcək”, - deyə Elman Yusifov bildirib.
Ornitoloq Elçin Sultanov da BAKU.WS-ə açıqlamasında bildirdi ki, əvvəllər bizdə bu qədər quş ölümünə rast gəlinmirdi:
“Əslində küçədə gördüyümüz qarğa ölüləri zağca növüdür. Onların məhv olmasının bir neçə səbəbləri ola bilər. Əsas səbəblərdən biri də keçirilən dezinfeksiya işləridir.
Dezinfeksiyaedici məhlulların tərkibindəki kimyəvi maddələr, zəhər otun və torpağın üstünə tökülür.
Torpaqda da torpaq qurdları yaşayır. İnsanlar arasında onlara soxulcanlar da deyilir. Yerə tökülən zəhərli maddələr soxulcan tərəfindən qəbul edilir.
Qarğalar da onları yeyəndə zəhərlənirlər. Kimyəvi maddə və zəhər qurda təsir etmir, lakin onlarla qidalanan quşlar bundan zəhərlənir. Zəhərli maddələr otla da heyvanlar tərəfindən qəbul edilir və ölümə səbəb ola bilər”.



16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.