Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46144
az

Ramiz Mehdiyev bu institutun bütün rəhbərləyini İŞDƏN ÇIXARDI

11:0209 Yanvar, 2021
2784
SON DƏQİQƏ
  • A
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib. Oxu24.com xəbər verir ki, iclasda AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Böl¬mə¬sinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar¬güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə¬dilə 2020-ci ilin 17- 25 dekabr tarixlərində yoxlama aparılıb. Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil¬məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl¬maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub. Mövzu ilə bağlı münasibət bildirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, bir zamanlar görkəmli alim Həsən Abdullayevin rəhbərlik etdiyi Fizika İnstitutu öz elmi nəticələri ilə keçmiş sovet məkanında böyük nüfuz qazanmışdı və Azərbaycan elminin flaqmanlarından hesab olunurdu. Akademik qeyd edib ki, dövlət büdcəsindən ayrılan maliyyə qarşılığında müəssisədə müstəqillik dövründə heç bir ciddi tətbiqi və fundamental tədqiqatlar aparılmayıb. AMEA prezidenti institutda yaranmış mövcud vəziyyətin akademiyanın və Azərbaycan elminin nüfuzuna mənfi təsir etdiyini bildirib. Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib. Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub
Ukrayna pilotsuz təyyarələri hücuma keçdi
Azərbaycanda güclü partlayış:Yaralılar var

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü