Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
58956
01.01.2021, 23:14
"Ölkəmizin şimal bölgəsində pilot layihə kimi icbari tibbi sığortanın icrasına başladıq və hazırda 23 rayonda tibbi sığorta tətbiqi davam etdirilir. Türkiyənin tibbi sığorta sahəsi ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi etdik. Yola belə başladıq”.
Oxu24.com xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı "Anadolu" agentliyinə Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB tərəfindən tətbiq ediləcək tibbi sığorta sistemi barədə danışarkən bildirib.
O qeyd edib ki, icbari tibbi sığorta sistemini tətbiq etmək üçün ölkədəki təxminən 3500 xəstəxana TƏBİB-in tabeliyinə verilib. Xəstəxanaların bu sistemin tələblərinə uyğun olması üçün islahatlara başlanılıb.
R. Bayramlı vurğulayıb ki, əslində icbari tibbi sığorta 2020-ci ildə tətbiq olunmalı idi, ancaq epidemiya onu təxirə saldı:
"Epidemiyanın yaratdığı problemlərin əksəriyyətini geridə buraxdıq və epidemiya ilə mübarizə təcrübəsi qazandıq. Buna görə də növbəti dövrdə heç bir gecikmə yoxdur.
1 yanvar 2021-ci il tarixindən etibarən tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq ediləcək. 2021-ci il aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə həyata keçiriləcək. Bununla da, bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq”.
R. Bayramlı bildirib ki, tibbi sığorta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək:
"Vətəndaşlarımız ölkənin bütün bölgələrində tibbi xidmətlər ala biləcəklər. Tibbi xidmət onlar üçün əlçatan və tamamilə pulsuz olacaq”./"Qafqazinfo”
20:23 / 14 Noyabr 2026
1
19:54 / 14 Noyabr 2026
47
19:50 / 14 Noyabr 2026
58
19:36 / 14 Noyabr 2026
851
19:15 / 14 Noyabr 2026
94
19:12 / 14 Noyabr 2026
96
19:05 / 14 Noyabr 2026
95
18:50 / 14 Noyabr 2026
93
18:43 / 14 Noyabr 2026
109
18:21 / 14 Noyabr 2026
728
18:09 / 14 Noyabr 2026
122
18:06 / 14 Noyabr 2026
510
18:03 / 14 Noyabr 2026
103
17:18 / 14 Noyabr 2026
211
17:15 / 14 Noyabr 2026
120
16:20 / 14 Noyabr 2026
128
16:05 / 14 Noyabr 2026
179
15:45 / 14 Noyabr 2026
134
15:27 / 14 Noyabr 2026
309
15:25 / 14 Noyabr 2026
150
15:07 / 14 Noyabr 2026
318
15:05 / 14 Noyabr 2026
149
14:44 / 14 Noyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.