Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Füzulidən üzücü xəbər gəldi: Ölən var

SON DƏQİQƏ! Füzulidən üzücü xəbər gəldi: Ölən var

SON DƏQİQƏ

2814

01.01.2021, 19:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

Baş Prokurorluqdan Oxu24.com-a  verilən məlumata görə, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib. 

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.