Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39763
az

SON DƏQİQƏ! SOCAR BTC-yə erməni terroru ilə bağlı açıqlama yaydı

00:0507 Oktyabr, 2020
535
  • A

"Azərbaycanın Baş Prokurorluğuna istinadən bəzi KİV-lərdə yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb".

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

İ.Əhmədovun sözlərinə görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir:

"Boru kəmərinin operatorundan aldığımız məlumata görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir. BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla, Ermənistan təkcə bizim ölkənin deyil, Avropa Birliyinin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu.

Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktordur. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə faktor kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sako” ləqəbli tiktoker    həbs     edildi
Mehman Haşımov həbs olunub
Mingəçevir su anbarında  zəlzələ  oldu

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı