Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə: Düşmən Ağdamı vurur

Son dəqiqə: Düşmən Ağdamı vurur

SON DƏQİQƏ

1051

06.10.2020, 12:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.
Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.