Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Yeni dayaq məntəqələri AZAD EDİLDİ

SON DƏQİQƏ: Yeni dayaq məntəqələri AZAD EDİLDİ

SON DƏQİQƏ

2522

03.10.2020, 00:52

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

230-dək tank və digər zirehli texnika;
250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
38 ədəd hava hücumundan müdafiə vasitələri;
10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
7 silah-sursat anbarı;
130-dan artıq avtomobil texnikası;
1 ədəd “S-300” zenit-raket kompleksi.