Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə: Operativ Qərərgah məlumat yaydı

Son dəqiqə: Operativ Qərərgah məlumat yaydı

SON DƏQİQƏ

687

25.08.2020, 16:39

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 885 279 test aparılıb. Qeyd edək ki, ötən gün koronavirusa 152 yeni yoluxma faktı qeydə alınmış, 111 nəfər müalicə olunaraq sağalmış, 1 nəfər vəfat etmişdi.