AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
971
20.08.2020, 01:06
Tovuz döyüşləri zamanı Moskvada azərbaycanlıya qarşı qanunsuz və alçaldıcı hərəkətə yol verən erməni əsilli məmur işdən çıxarılıb.
Oxu24.com -un məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.
Onun sözlərinə görə, həmin məsələ ilə bağlı dərhal Rusiyada fəaliyyət göstərən vəkillər Suriyya Rzayeva və Nəriman Ağasıyevə müraciət olunub. Azərbaycanlı vəkillər tərəfindən təmənnasız qaydada hüquqi müstəvidə aparılan mübarizə ilkin nəticələrini verib: “Əsl peşəkarlar olan, öz həyatlarını risk altına atan dostlarımız tərəfindən dərhal bütün zəruri tədbirlər görülüb. Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandırılıb və işdən azad olunub”.
A. Bağırovun sözlərinə görə, hazırda qarşıda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunmasıdır: “Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib”.
Qeyd edək ki, Tovuz döyüşləri zamanı Moskvada azərbaycanlılarla ermənilər arasında baş verən toqquşmalar fonunda Moskva şəhərində meyvə-tərəvəz satan azərbaycanlıya qarşı R. Şaqinyan tərəfindən xuliqanlıq edilmişdi. R. Şaqinyan həmyerlimizi söyərək təhqir etmiş, ona fiziki güc tətbiq etmişdi. Bunu əks etdirən video sosial şəbəkələrdə yayıldıqdan sonra hadisəni törədən R. Şaqinyan növbəti gün həmin soydaşımızın yanına gedərək ondan üzr istəmişdi.

20:47 / 19 May 2026
8
20:47 / 19 May 2026
15
20:42 / 19 May 2026
24
20:38 / 19 May 2026
25
20:34 / 19 May 2026
28
20:31 / 19 May 2026
26
20:27 / 19 May 2026
39
20:24 / 19 May 2026
102
20:23 / 19 May 2026
69
20:12 / 19 May 2026
44
19:51 / 19 May 2026
64
19:35 / 19 May 2026
60
19:22 / 19 May 2026
61
19:00 / 19 May 2026
133
18:58 / 19 May 2026
87
18:48 / 19 May 2026
115
18:29 / 19 May 2026
68
18:19 / 19 May 2026
105
18:01 / 19 May 2026
84
17:50 / 19 May 2026
64
17:30 / 19 May 2026
70
17:25 / 19 May 2026
78
17:05 / 19 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.