Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2642
18.08.2020, 12:10
Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, Baş İdarəyə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların icarə əsasında götürdükləri Novxanı qəsəbəsindəki istixanaya baxış zamanı ümumi çəkisi 970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadələrində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiklərini bildiriblər
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
00:38 / 17 Noyabr 2026
1
00:34 / 17 Noyabr 2026
49
00:17 / 17 Noyabr 2026
55
23:58 / 16 Noyabr 2026
69
23:50 / 16 Noyabr 2026
77
23:37 / 16 Noyabr 2026
88
23:33 / 16 Noyabr 2026
85
23:25 / 16 Noyabr 2026
89
23:07 / 16 Noyabr 2026
93
22:57 / 16 Noyabr 2026
100
22:47 / 16 Noyabr 2026
103
22:30 / 16 Noyabr 2026
104
22:25 / 16 Noyabr 2026
145
22:21 / 16 Noyabr 2026
221
22:10 / 16 Noyabr 2026
136
21:59 / 16 Noyabr 2026
105
21:52 / 16 Noyabr 2026
141
21:46 / 16 Noyabr 2026
107
21:35 / 16 Noyabr 2026
133
21:30 / 16 Noyabr 2026
2027
21:24 / 16 Noyabr 2026
115
21:16 / 16 Noyabr 2026
128
21:01 / 16 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.