Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR: Azərbaycan koronavirusa yoluxanların sayı yenidən kəskin azaldı

ŞAD XƏBƏR: Azərbaycan koronavirusa yoluxanların sayı yenidən kəskin azaldı

SON DƏQİQƏ

5140

15.08.2020, 17:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.

Qeyd edək ki, ötən gün 103 yeni yoluxma faktı qeydə alınmış, 221 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmişdi.