AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2982
14.08.2020, 23:20
Rusiya prezidenti Vladimir Putin İran və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzv-dövlətlərinin başçılarının görüşünün çağırılması ilə bağlı bəyanatla çıxış edib.
Oxu24.com -un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: "BMT Təhlükəsizlik Şurasında İran məsələsi ilə bağlı müzakirələr daha çox gərginləşməyə başlayır. Vəziyyət gərginləşir. İranın ünvanına əsasız ittihamlar səslənir. Təhlükəsizlik Şurasının əvvəlki yekdil qərarlarını məhv etməyə yönəlmiş qətnamə layihələri hazırlanır. Rusiya İran Nüvə Proqramı ətrafındakı nizamlanma ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam sadiq qalır, hansı ki, 2015-ci ildə imzalan bu plan böyük bir siyasi və diplomatik nailiyyət idi, silahlı qarşıdurma təhlükəsinin qarşısını almağa imkan verdi və nüvə silahının yayılmaması rejimini gücləndirdi. 2019-cu ildə Rusiya Fars körfəzi zonasında yenilənmiş Təhlükəsizlik Konsepsiyasını təqdim edib.
Bu konsepsiyada bölgədəki problemlərin dolaşıqlığını effektiv şəkildə həll etməyin konkret yolları göstərilib. Əminik ki, bir-birimizin mövqelərinə diqqət və məsuliyyətlə yanaşsaq, hörmətlə və kollektiv şəkildə hərəkət etsək, problemlərin aradan qaldırmaq olar. Dünyanın hər yerində olduğu kimi, bu bölgədə də heç kim tərəfindən şantaj və diktə olunmasına yer olmamalıdır. Birtərəfli yanaşma həlli axtarmağa kömək etmir. Fars körfəzi zonasında bütöv bir təhlükəsizlik konstruksiyası qurarkən, əvvəlcədən xeyli səylər bahasına qura bildiyimiz müsbət "yükü" qorumaq vacibdir. Bunu nəzərə alaraq, ən yaxın vaxtlarda Almaniya və İran rəhbərlərinin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri-dövlət başçılarının onlayn formatda görüşünün keçirilməsini təklif edirik. Məqsəd, BMT Təhlükəsizlik Şurasında qarşıdurma və vəziyyətin gərginləşməsinə imkan verən addımların müəyyən edilməsidir. Birgə Hərtərəfli fəaliyyət Planının həyata keçirilməsi üçün beynəlxalq hüquqi baza yaratmış BMT TŞ-nin 2231 saylı qətnaməsinin davamlı şəkildə icrası üçün kollektiv dəstəyin göstərilməsi vacibdir. Fars körfəzi zonasında təhlükəsizliyin təmin olunması və inamın möhkəmləndirilməsi üçün etibarlı mexanizmlərin formalaşdırılmasını asanlaşdırmaq məqsədi ilə liderlərin görüşü zamanı birgə işin parametrlərini razılaşdırmağı da təklif edirik.
Buna bütün ölkələrimizin və region ölkələrinin siyasi iradəsini və yaradıcı enerjisini birləşdirməklə nail olmaq mümkündür. Tərəfdaşlarımızı təklifimizi diqqətlə nəzərdən keçirməyə çağırırıq. Buna alternativ-gərginliyi artırmaq və münaqişənin yaranması riskini yüksəltməkdir. Hadisələrin bu cür inkişafından qaçmaq lazımdır. Rusiya vəziyyəti təhlükəli xəttdən uzaqlaşdırmaqda maraqlı olan hər kəslə konstruktiv qarşılıqlı fəaliyyətə açıqdır. Liderlər danışıqlara prinsipial hazır olacaqları təqdirdə, video sammitin gündəliyini, təşkilati şərtlərini və vaxtını yeddi dövlətin xarici işlər nazirlikləri vasitəsilə dərhal razılaşdırmağı təklif edirik".
Həmçinin oxuyun
12:08 / 19 May 2026
1
11:56 / 19 May 2026
58
11:55 / 19 May 2026
24
11:46 / 19 May 2026
35
11:42 / 19 May 2026
98
11:41 / 19 May 2026
33
11:30 / 19 May 2026
31
11:25 / 19 May 2026
30
11:21 / 19 May 2026
75
11:12 / 19 May 2026
1028
11:11 / 19 May 2026
43
11:08 / 19 May 2026
41
11:01 / 19 May 2026
35
10:58 / 19 May 2026
36
10:51 / 19 May 2026
63
10:48 / 19 May 2026
48
10:41 / 19 May 2026
45
10:40 / 19 May 2026
46
10:37 / 19 May 2026
142
10:30 / 19 May 2026
135
10:26 / 19 May 2026
55
10:25 / 19 May 2026
52
10:23 / 19 May 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.