Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ...

SON DƏQİQƏ! Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ...

SON DƏQİQƏ

1289

09.08.2020, 14:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər verir ki, İranın qərbində yerləşən Kirmanşah vilayətinin Gilan Qərb rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib. 

 Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 13:46-da qeydə alınan zəlzələ 8 km dərinlikdə baş verib.

Dağıntı və tələfat haqda hələlik məlumat verilməyib.

Gilan Qərb şəhəri (29 km), Qəsr Şirin şəhəri (30 km) və Sərpol Zəhab şəhəri (32 km) zəlzələnin baş verdiyi əraziyə yaxın şəhərlərdir.