Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir rayonda sərt karantin rejimi elan edilib

Daha bir rayonda sərt karantin rejimi elan edilib

SON DƏQİQƏ

494

05.08.2020, 09:04

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.
Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Siyəzən və Şəki rayonları sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən ərazilərin siyahısından çıxarılıb, Salyan rayonu isə bu siyahıya daxil edilib.