SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
890
02.08.2020, 16:31
General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.
Azərbaycan Müdafiə Nazirliyindən Oxu24.com -a verilən məlumata görə, videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəyinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.
Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.
Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik.
Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir.
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.