SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
923
29.07.2020, 12:10
2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq.
” Bu fikirləri təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a özəl müsahibəsində bildirib. Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır. “
Burada əsasən siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər. Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Amma ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır.”
Elçin Əfəndi bildirdi ki, əgər ikinci dalğa yoluxma başlanarsa, pandemiyanın uzadılmasına qərar verilərsə o zaman yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq.
“Burada tədris müddətində dərs vaxtının azaldılıb qısaldılması müzakirə olunmur. Çünki yoluxma olarsa bu 20 dəqiqə ərzində də baş verə bilər. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa o zaman dərslərin dayandırılması və 2021 ci ilin yanvar ayından sonra başlanması da istisna deyil.’’
Qeyd edək ki, "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirmişdi ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir:
'' Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.
18:41 / 17 May 2026
1
18:39 / 17 May 2026
7
18:37 / 17 May 2026
10
18:35 / 17 May 2026
13
17:32 / 17 May 2026
119
17:28 / 17 May 2026
57
17:27 / 17 May 2026
54
17:25 / 17 May 2026
64
17:16 / 17 May 2026
313
17:14 / 17 May 2026
55
17:11 / 17 May 2026
64
17:08 / 17 May 2026
62
17:07 / 17 May 2026
56
17:05 / 17 May 2026
66
15:14 / 17 May 2026
72
15:00 / 17 May 2026
69
14:45 / 17 May 2026
81
14:41 / 17 May 2026
77
14:40 / 17 May 2026
80
14:24 / 17 May 2026
81
14:20 / 17 May 2026
79
14:20 / 17 May 2026
75
14:15 / 17 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.