Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Məşhur aktrisa vəfat etdi

SON DƏQİQƏ! Məşhur aktrisa vəfat etdi

SON DƏQİQƏ

1432

26.07.2020, 21:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aktrisa Oliviya de Hevillend 104 yaşında vəfat edib.

Oxu24.com  xəbər verir ki, bu barədə “Deadline” internet nəşri bildirib.

Məlumata görə o, Parisdəki evində dünyasını dəyişib.

Oliviya de Hevillend "Küləklə sovrulanlar" (“Gone with the Wind”, 1939-cu il) filmindəki rolu ilə məşhurdur.

Oliviya de Hevillend 1 iyul 1916-cı ildə Tokioda anadan olub. O, sonradan Kaliforniyaya köçüb və 18 yaşı olarkən “Warner Brothers” studiyası Oliviyaya ilk müqavilə təklif edib. De Hevillend peşəkar karyerası ərzində iki dəfə "Oskar" mükafatı alıb. Aktrisa habelə iki dəfə "Qızıl qlobus" mükafatına layiq görülüb.