SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1735
06.06.2020, 20:11
Koronavirus (COVID-19) pandemiyası Türkiyədə gənələrin artmasına təsir göstərib.
Oxu24.com xəbər verir ki, Sivas Cümhuriyyət Universitetinin dekanı, professor İlhan Çətin "Kırım Konqo Qanlı Hərarəti" (KKQH) xəstəliyinə yoluxanların sayının artdığını bildirib. Buna səbəb isə diqqətin koronavirusa yönəldilməsidir. O bildirib ki, bu dövrdə əkinçilik və heyvandarlıq sahəsindəki fəaliyyətlərin azalması və lazımi dərəcədə dərmanlamanın olmaması KKQH-nı yayan gənələrin sayının artmasına səbəb olub.
Professor gənələrin artımının ötən illə müqayisədə 1 ay yarım tez başladığını vurğulayıb. Nəticədə xəstəlik ötən illə müqayisədə 6-7 dəfə çoxalıb:
"Gənə populyasiyası çox tez yetişir. 1 gənədən 300-500 gənə törəyir. Bununla mübarizə sürətlə aparılmasa, gənə sürətlə çoxalacaq və xəstələrin sayı artacaq. Bu növ xəstəliyə qarşı vaksin hazırlanması uzun müddət tələb edir. Çünki bunlar adətən heyvanlarda xəstəliyin yaranmasına səbəb olduğu halda, artıq insanlarda da xəstəliklərin yaranması ilə nəticələnir. Buna görə də peyvəndin hazırlanması uzun çəkir. Lakin "Kırım Konqo Qanlı Hərarəti" xəstəliyi COVİD-19 kimi sürətli yayılmır. Burada sadəcə gənələr əsas rol oynadığından, əsas mübarizə də gənələrlə aparılır".
Professor bildirib ki, xəstəliyin əsas risk qrupları əkinçilik və heyvandarlıqla məşğul olan insanlardır. Qorunmağın yeganə yolu isə gənələrin sayının azaldılmasıdır:
"Kənd təsərrüfatı sahəsində çalışan insanlar evə gəldikdən sonra gənə yoxlanışı etməlidirlər. Əgər, gənə yapışıbsa, bunu özləri çıxarmamalıdırlar. Xəstəxanaya və yaxud təcili tibbi yardım işçilərinə müraciət etməlidirlər. Qorunmaq məqsədilə kimyəvi dərmanlardan istifadə olunmaqla yanaşı, insanlar özləri də diqqətli olmalıdırlar. Təbiətdə və otlaqlarda gəzərkən corabları şalvarın üstünə çəkmək tövsiyyə olunur". (redaktor.az)


Günün təklif olunan vidoesu:
20:28 / 11 May 2026
12
20:21 / 11 May 2026
30
20:11 / 11 May 2026
45
19:45 / 11 May 2026
34
19:41 / 11 May 2026
71
19:28 / 11 May 2026
203
19:21 / 11 May 2026
61
19:09 / 11 May 2026
62
18:59 / 11 May 2026
62
18:50 / 11 May 2026
81
18:46 / 11 May 2026
222
18:39 / 11 May 2026
91
18:33 / 11 May 2026
79
18:28 / 11 May 2026
140
18:16 / 11 May 2026
186
18:09 / 11 May 2026
66
18:06 / 11 May 2026
572
18:00 / 11 May 2026
313
17:57 / 11 May 2026
67
17:55 / 11 May 2026
167
17:33 / 11 May 2026
85
17:21 / 11 May 2026
180
17:17 / 11 May 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.