SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1524
06.06.2020, 16:22
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az sistemi ilə bağlı yaranan suala aydınlıq gətirib.
Agentlikdən oxu24.com-a verilən məlumata görə, əvvəlcədən icazəsi olan şəxslərin icazələri hazırda aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.
Bildirilib ki, əməkdaşlar haqqında məlumatların düzgün daxil edildiyinə əmin olmaq lazımdır. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.
Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.
Məlumatda bildirilir ki, fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib. Bu qurumlarla bağlı Operativ Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Həmçinin oxuyun
Əgər vətəndaşların fəaliyyət istiqaməti Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə, belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər. Əməkdaşın şəxsi məlumatları ilə bağlı hər hansı yanlış olarsa, bu zaman icazə ləğv edilərək yenidən yaradılmalıdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Günün təklif olunan videosu:
22:58 / 20 Fevral 2026
16
22:48 / 20 Fevral 2026
206
22:34 / 20 Fevral 2026
21
22:25 / 20 Fevral 2026
42
22:23 / 20 Fevral 2026
31
22:19 / 20 Fevral 2026
53
22:14 / 20 Fevral 2026
191
22:07 / 20 Fevral 2026
73
22:05 / 20 Fevral 2026
43
21:58 / 20 Fevral 2026
48
21:55 / 20 Fevral 2026
35
21:51 / 20 Fevral 2026
269
21:46 / 20 Fevral 2026
53
21:46 / 20 Fevral 2026
46
21:38 / 20 Fevral 2026
41
21:29 / 20 Fevral 2026
97
21:29 / 20 Fevral 2026
47
21:28 / 20 Fevral 2026
54
21:11 / 20 Fevral 2026
53
20:58 / 20 Fevral 2026
50
20:47 / 20 Fevral 2026
64
20:39 / 20 Fevral 2026
68
20:24 / 20 Fevral 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.