Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! 4 nəfər uşaq Kürə düşdü

SON DƏQİQƏ! 4 nəfər uşaq Kürə düşdü

SON DƏQİQƏ

748

05.06.2020, 16:32

Kürdə batan bir nəfərin axtarışları davam etdirilir.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, Bərdədə Kür çayında yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir. 
 
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Kür çayında burulğana düşən 4 nəfərdən 1-i boğulub, 3-ü xilas edilib.  
 
Bərdənin Nazırlı  kənd icra nümayəndəsi Pərviz Əlizadə  APA-ya açıqlamasında bildirib ki, Kür çayında çimərkən burulğana düşənlərin hamısının 18 yaşı var.
 
Onlar - Mirağazadə Röyal Rafiq oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və  Göyüşov Ozan Yusif oğludur.
 
Onlardan 3-ü sudan çıxa bilib. R. Mirağazadəni isə xilas etmək mümkün olmayıb.
 
Hazırda R. Mirağazadənin axtarışları davam etdirilir.