SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1125
05.06.2020, 13:35
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ikigünlük məhdudiyyət zamanı polis əvvəlki kimi gücləndirilmiş iş rejimində çalışacaq.
Bunu Oxu24.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir.
Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır.
Məhdudiyyət zamanı taksi, avtobus və digər fərdi minik avtomobillərinin hərəkətinə də icazə verilmir.
"İcaze.gov.az" portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazə verilən şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz.
Kamran Əliyev həmçinin qeyd edib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq.
Həmçinin oxuyun
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilə bilər.
Həmçinin izlə: İlanın yuvasına cola tökdülər, görün nə oldu - VİDEO
19:25 / 20 Fevral 2026
8
19:15 / 20 Fevral 2026
26
19:06 / 20 Fevral 2026
26
18:59 / 20 Fevral 2026
28
18:57 / 20 Fevral 2026
37
18:47 / 20 Fevral 2026
35
18:29 / 20 Fevral 2026
35
18:05 / 20 Fevral 2026
44
17:54 / 20 Fevral 2026
61
17:45 / 20 Fevral 2026
42
17:34 / 20 Fevral 2026
177
17:26 / 20 Fevral 2026
59
17:21 / 20 Fevral 2026
62
17:19 / 20 Fevral 2026
101
17:16 / 20 Fevral 2026
162
17:09 / 20 Fevral 2026
61
17:08 / 20 Fevral 2026
57
17:05 / 20 Fevral 2026
67
17:00 / 20 Fevral 2026
61
16:54 / 20 Fevral 2026
898
16:52 / 20 Fevral 2026
79
16:44 / 20 Fevral 2026
1224
16:39 / 20 Fevral 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.