Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Fəhlələri müqaviləsiz işlədən şirkət haqda araşdırma aparılır

SON DƏQİQƏ! Fəhlələri müqaviləsiz işlədən şirkət haqda araşdırma aparılır

SON DƏQİQƏ

701

04.06.2020, 15:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün  saytımızda bir qrup  fəhlənin  tikintidə  müqaviləsiz  olaraq  işlədilməsi və əlavə saatlara  görə, əmək  haqqı  ödənilməməsi  barədə  məlumat  vermişdik.

Oxu24.com  xəbər  verir  ki,  Ucar-Zərdab yolunun  tikintisini  həyata  keçirən  "Körpü-Bina-Tikinti" şirkəti  bir  neçə  şəxsi  qanunsuz  olaraq işlədib. Fəhlələr  bu  barədə   saytımıza  müraciətində özləri  məlumat  vermişdi.

Ətraflı bu linkdə

Oxu24.com xəbər  verir  ki, sözügedən  yazıdan  sonra  faktla  bağlı  araşdırmaya  başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığınız sorğunuza cavab olaraq bildiririk ki, adlarını qeyd etdiyiniz vətəndaşlar tərəfindən Xidmətə daxil olan şikayət icraata yönəldilib və hazırda araşdırma aparılır.