SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3154
01.06.2020, 10:21
Bu gündən etibarən maskasız gəzən şəxslər cərimə olunacaq.
Oxu24.com xəbər verir ki, artıq məbləğ də müəyyən edilib.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qoruyucu vasitələrdən istifadə və sosial məsafənin qorunması vacibdir. Xüsusən də tibbi maskadan istifadə edilməsinə nəzarət etməyən iaşə obyektlərinin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək.
Çox təəssüflər olsun ki, müxtəlif bəhanələr gətirərək maska taxmayanlar çoxdur. Hazırda isə apteklərdə maska 30, tibbi əlcək isə 10 qəpikdir. Bəzi yerlərdə bunu pulsuz da paylayırlar. Qarşıdakı günlərdə həmin insanları, yəni sosial məsuliyyətini bilməyənləri cərimlər gözləyir. Cərimələrin tətbiqi ilə bağlı layihə artıq Milli Məclisə təqdim olunub və sabah məsələ plenar iclasda müzakirə ediləcək. Cərimələr əsasən ictimai nəqliyyatda, restoranlarda, mağazalarda və digər məkanlarda maska taxmayanlara şamil olunacaq.
Millət vəkili Fəzail Ağamalı hesab edir ki, insanlar tibbi maskalardan istifadə etmirlərsə, onlar xəstəliyin daşıyıcısı kimi hərəkət edirlər, yoluxmanı artırırlar: “Bunun qarşısını almaq üçün hökmən qoruyucu maskalardan istifadə etmək lazımdır. Əgər qoruyucu maskalardan istifadə edilmirsə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat hüquqi şəxslər isə 200 manat cərimə ediləcəklər”.
Onu da bildirək ki, əgər bu yenidən təkrar olunarsa, cərimə məbləği ikiqat artmaqla müvafiq olaraq 100, 200 və 400 manat ola bilər.
Deputat Musa Qasımlı deyir ki, cərimələrin tətbiq edilməsində məqsəd vətəndaşların sosial məsuliyyətinin artırılmasına hesablanıb: “Maarifləndirmə tədbirləri ilə yanaşı, paralel olaraq inzibati cəza tədbirlərinin də görülməsi zərurəti ortaya çıxıb. İndiyə qədər dövlət və hökümət vətəndaşların məsuliyyət hissinə inanaraq güvənirdi, cərimələr tətbiq edilmirdi. Amma görünür cərimələrin tətbiqi zərurətə çevirilib ki, biz vətəndaşlarımızı, millətimizi bu ağır bəladan xilas edə bilək”.
Əgər özünüzün və doğmalarınızın bu virusa yoluxmasını istəmirsinizə, qaydalara əməl etməklə, müəyyən olunan yerlərdə maska taxmaqla COVID-19 virusundan sığortalanın. Əks halda adi səhlənkarlıq sizin özünüz və ətrafınızdakılar üçün ağır nəticələrə səbəb ola bilər. Əgər pandemiyanın ilk günlərində tibbi maska çatışmazlığı var idisə, dövlət tərəfindən atılan vaxtında və məqsədyönlü tədbirlər çərçivəsində artıq bu məsələ də öz həllini tapıb.
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.