Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1380
04.04.2020, 13:49
Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz verib.
Oxu24.com -un xəbərinə görə, əməkdar ali məktəb işçisi, Prezident təqaüdçüsü, akademik Hüseyn Əhmədov 94 yaşında vəfat edib.
Qeyd edək ki, Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olub. Ailəsi ilə birlikdə 1936-1940-cı illərdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndinə köçüb, 1939-cu ildə orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirib. 1943-cü ildə IX sinfi bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində dərs deyib.
H.Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları, 1985-ci ildə Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyəti tərəfindən “Fəalişinə görə” döş nişanı ilə təltif edilib. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilib,1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
O,1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilib. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilib. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunub. H.Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "Pedaqogika elminin məharətli bilicisi" elan edilib.
2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən “K.D.Uşinski”, 2011-ci ildə Pusiya Təhsil Akademiyası tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və əmək veteranı olan Hüseyn Əhmədov “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” (1946) medalı, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” döş nişanı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley medalı ilə təltif olunub.
Onun “Seçilmiş əsərləri”nin Azərbaycan və rus dillərində 29 cildliyi nəşr olunub.
Allah rəhmət eləsin! (Report)
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.