Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI SON DƏQİQƏ

2020/04/03/1585890538_1585813359_corona12.jpg

SON DƏQİQƏ

556

03.04.2020, 09:07

Son dəqiqələrə olan statistika göstərir ki, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı yenə artıb. “Ölkə.Az” xəbər verir ki, bu dəqiqələrə olan məlumata görə artıq dünyada koronavirusa yoluxanların sayı 1 015 709 nəfəri keçib. Bu ölümcül virusun qurbanları isə 53069 nəfərdən çoxdur.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma rəsmi məlumatlara görə, 245 540 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlər isə 6053 nəfərdir.
Virusun tuğyan etdiyi İtaliyada 115 242 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 13 915 nəfərə yüksəlib. İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 10 348 nəfərdir. Yoluxmalara görə 4-cü yerdə Almaniya durur. Ölkədə son məlumatlara görə 84 794 nəfər bu amansız xəstəliklə mübarizə aparır. Onlardan 1 107 nəfər bu səbəblə həyatını itirib. Fransada yoluxma sayı 59 929, vəfat edənlərin sayı 5 398 nəfərə yüksəlib. İranda isə koronavirus səbəbilə 3 160 nəfər ölüb. Digər ölkələrdə isə ölüm sayı İngiltərə 2 926, Türkiyədə də bu rəqəmlər artaraq 356 nəfər olub. Ölkədə 18 135 nəfər COVİD-19-a yoluxub.