Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
5550
30.03.2020, 12:29
"Düşünürəm ki, dövlətdən ayrılan maddi yardım bütün vətəndaşlara şamil olunmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli koronavirus pandemiyası ilə əlaqədar dövlətin vətəndaşlara verəcəyi maddi dəstəyin mexanizmlərindən danışarkən deyib. O bildirib ki, işçi qruplarında bunun bağlı iş gedir, müxtəlif təkliflərin müzakirəsi aparılır:
"Bu gün ya da sabah bununla bağlı rəsmi məlumat veriləcək. Düşünürəm ki, bu, bütün vətəndaşlara şamil olunmalıdır. Könüllülük prinsipi gətirilə bilər.
Natiq Cəfərli bildirib ki, bunun mexanizmləri ilə bağlı problemlər yaşana bilər:
"Təəssüf ki, Azərbaycanda qeydiyyatda olan vətəndasların bir çoxu qeydiyyat ünvanlarında deyil, digər yerlərdə yaşayır. Ona görə çatdırılma ilə bağlı müəyyən problemlərin yaranması mümkündür. Bunun mexanizmini elə qurmaq lazımdır ki, icraçılar tərəfindən sui-istifadə, korrupsiya hallarına yol verilməsin. Çox vətəndaşların bank hesabları yoxdur. Ola bilsin ki, kimlərin ki bank hesabları var, həmin pul birbaşa ora köçürülsün. Kimlərin ki, hesabı yoxdur, yaşayış ünvanı ilə bu vəsait ona çatdırılsın. Hələ ki, dövlətin minimim əmək haqqı səviyyəsində dəstək olmağa imkanı var. Amma vəziyyət uzun çəksə, daha da pisləşsə, növbəti aylarda bunu təkrar etmək üçün büdcənin vəsaiti yetməyə bilər. Ona görə də bu yardım cəmi bir dəfə olacaq.
Azərbaycanda dövlət orqanlarında çalışan, büdcədən maliyyələşən 917 min insan var. Onların maaşlarının ödənilməsində heç bir problem yoxdur. Ola bilsin həmin insanları siyahıdan çıxarsınlar. Onlar isləsələr də, işləməsələr də maaşlarını alırlar. Hər halda bütün vətəndaşlara şamil olunması daha doğru olar".
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.