Qaynar xətt:

(+99450) 247 90 86

DİN-də karantin rejimilə bağlı “qaynar xətt” yaradıldı

DİN-də karantin rejimilə bağlı “qaynar xətt” yaradıldı

SON DƏQİQƏ

800

27.03.2020, 19:54

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılmışdır.

DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür.