Qaynar xətt:

(+99450) 247 90 86

Təcili xəbər: Azərbaycanda dustaqlar koronovirusa görə azadlığa buraxılır

2020/03/26/1585232202_7f26992b-6237-44cb-9a0c-54a88e3d133d_640.jpg

SON DƏQİQƏ

1834

26.03.2020, 18:13

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.
Bu barədə Oxu24.com -a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”.