SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
625
21.03.2020, 21:03
Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı yaradılmış İşçi qrupların tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalayıb.
Oxu24.com -un məlumatına görə, sərəncama əsasən, Koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:
İşçi Qrupun üzvləri
Maliyyə nazirinin müavini
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Kənd Təsərrüfatı nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Energetika nazirinin müavini
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Qida Təhlükəsizliyi Agentliyinin sədri
Dövlət Turizm Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Statistika Komitəsi sədrinin müavini
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri
Mərkəzi Bankının sədrinin müavini
Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti.
Azərbaycan Respublikasında fəaliyyət göstərən koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:
İşçi Qrupun rəhbərinin müavini
Maliyyə nazirinin müavini
İşçi Qrupun üzvləri
İqtisadiyyat nazirinin müavini
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Təhsil nazirinin müavini
Gənclər və İdman nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Həmçinin oxuyun
Dövlət Turizm Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Mərkəzi Bankının sədrinin müavini
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Dövlət Neft Fondunun İcraçı direktorunun müavini
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini
BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətinin nümayəndəsi.
Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:
İşçi Qrupun üzvləri
Dövlət Miqrasiya Xidmətinin rəisi
İqtisadiyyat nazirinin müavini
Maliyyə nazirinin müavini
Daxili İşlər nazirinin müavini
Kənd Təsərrüfatı nazirinin müavini
Dövlət Statistika Komitəsi sədrinin müavini
Mərkəzi Bankının sədrinin müavini
Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri.
Koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:
İşçi Qrupun üzvləri
İqtisadiyyat nazirinin müavini
Maliyyə nazirinin müavini
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Dövlət Statistika Komitəsi sədrinin müavini
Dövlət Neft Fondunun icraçı direktorunun müavini
Azərbaycan Banklar Assosiasiyasınnı sədri.
Tərkibləri təsdiq edilən işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri cəlb edilə bilər.
Qeyd edək ki, 4 işçi qrupunun yaradılması Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli sərəncamında nəzərdə tutulub. Baş Nazir sərəncamı Azərbaycan Respublikası Prezidentinin sərəncamını icra etmək məqsədi ilə imzalayıb.
02:29 / 07 Fevral 2026
151
01:12 / 07 Fevral 2026
822
23:59 / 06 Fevral 2026
453
23:49 / 06 Fevral 2026
126
23:39 / 06 Fevral 2026
102
23:29 / 06 Fevral 2026
94
23:18 / 06 Fevral 2026
169
23:05 / 06 Fevral 2026
144
22:56 / 06 Fevral 2026
2269
22:38 / 06 Fevral 2026
186
22:36 / 06 Fevral 2026
275
22:34 / 06 Fevral 2026
123
22:26 / 06 Fevral 2026
269
22:17 / 06 Fevral 2026
500
22:13 / 06 Fevral 2026
202
21:59 / 06 Fevral 2026
256
21:56 / 06 Fevral 2026
252
21:40 / 06 Fevral 2026
6060
21:39 / 06 Fevral 2026
277
21:29 / 06 Fevral 2026
201
21:17 / 06 Fevral 2026
124
21:08 / 06 Fevral 2026
89
21:08 / 06 Fevral 2026
406
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.