Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda məktəb və universitetlər aprelin 20-nə qədər bağlı olacaq - RƏSMİ

Azərbaycanda məktəb və universitetlər aprelin 20-nə qədər bağlı olacaq - RƏSMİ

SON DƏQİQƏ

2625

20.03.2020, 13:50

Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.