Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycanda daha 2 nəfər koronavirusa yoluxdu

SON DƏQİQƏ: Azərbaycanda daha 2 nəfər koronavirusa yoluxdu

SON DƏQİQƏ

759

17.03.2020, 00:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.