AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1195
02.02.2025, 20:27
Masallıda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Ələt-Astara magistralında, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Sütəmurdov kənd sakini 72 yaşlı Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ağır tonajlı (TIR) yük avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər Lənkəran rayonunun Sütəmurdov kənd sakinləri 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.
Həmçinin oxu: Yaşar Kələntərli vəfat edib
Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.
1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.
2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
13:33 / 26 Avqust 2026
1
13:15 / 26 Avqust 2026
23
12:55 / 26 Avqust 2026
46
12:35 / 26 Avqust 2026
53
12:21 / 26 Avqust 2026
57
12:14 / 26 Avqust 2026
54
12:09 / 26 Avqust 2026
62
12:05 / 26 Avqust 2026
58
12:01 / 26 Avqust 2026
235
11:59 / 26 Avqust 2026
63
11:45 / 26 Avqust 2026
58
11:27 / 26 Avqust 2026
73
11:25 / 26 Avqust 2026
67
11:20 / 26 Avqust 2026
64
11:18 / 26 Avqust 2026
436
11:09 / 26 Avqust 2026
65
11:05 / 26 Avqust 2026
193
10:51 / 26 Avqust 2026
89
10:49 / 26 Avqust 2026
63
10:34 / 26 Avqust 2026
71
10:15 / 26 Avqust 2026
63
10:07 / 26 Avqust 2026
67
09:47 / 26 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.