Qaynar xətt:

(+99450) 247 90 86

İsraildən dəhşətli xəbər gəldi: Ölənlər var

İsraildən dəhşətli xəbər gəldi: Ölənlər var

SON DƏQİQƏ

314

02.10.2024, 14:58

Təl-Əvivdə oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin insidentlə bağlı araşdırmanın yekunlarına dair məlumatında bildirilib.

Qeyd edək ki, daha əvvəl 6 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilirdi.

Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir.

Məlumata görə, terrorçular dayanacaqda tramvay vaqonuna daxil olaraq sərnişinlərə atəş açıblar.