Qaynar xətt:

(+99450) 247 90 86

On aydır anasının ölüm haqqında şəhadətnaməsini ala bilmir - VİDEO 

On aydır anasının ölüm haqqında şəhadətnaməsini ala bilmir - VİDEO 

OXU24 TV

52

22.11.2026, 22:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkinin Suçma kənd sakini Taleh Rəsulov yanvar ayında vəfat edən anasının ölüm haqqında şəhadətnaməsini hələ də ala bilmir.

Bu iddia ilə "Xəzər Xəbər"ə Taleh Rəsulov müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, o deyir ki, bu ilin yanvar ayında 67 yaşlı anası Gülzar Rəsulova ilə birlikdə toy mərasiminə qatılmaq üçün Bakı şəhərinə gedib. Daha sonra anasının halı pisləşib və təcili tibbi yardım çağırılıb. Təcili yardım briqadası qadını Sabunçu Tibb Mərkəzinə aparıb. Lakin xəstəxanada onun artıq vəfat etdiyi məlum olub. Qadının meyiti oğluna təhvil verilib. Taleh Rəsulov iddia edir ki, anasını dəfn etdikdən sonra ölüm haqqında şəhadətnamə almaq istəsə də, indiyədək bu sənədi əldə edə bilməyib.

Yaxınları deyirlər ki, qadının pensiyası həmin ay dayandırılıb. Adına olan kreditə görə isə bank ölüm kağızı istəyir. Əmlakın da onun adından çıxarılması üçün müvafiq sənəd lazımdır.

Şəki Rayon Mərkəzi Xəstəxanasından onlara bildirilib ki, qadının meyiti Sabunçu Tibb Mərkəzində müvafiq ekspertizadan keçirilib ölüm faktını təsdiq edən sənəd verilməli idi.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, bu il yanvarın 17-də saat 21:15 radələrində 1959-cu il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinə aparılıb. Pasiyentin həyat əlamətlərinin olmadığı, həmçinin ölüm faktı tibb mərkəzinin həkimləri tərəfindən təsdiqlənib. Ölüm faktı qeydə alınan şəxsin ailə üzvləri meyitin təşrih edilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilməsindən imtina ediblər. Ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün ailə üzvləri qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.