MAAŞIMIZIN NƏ QƏDƏRİ VERGİYƏ GEDƏCƏK? – 2027-ci ildən yeni qaydalar qüvvəyə minir
22 Noyabr 2026, 10:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
101
22.11.2026, 10:51
Azərbaycanda ən stajlı məmurlardan biri də BDU-nun yeni rektoru Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 il bu qurumun rəhbərliyində təmsil olunub.
73 yaşlı təcrübəli kadrın BDU-ya rektor gəlməsi günlərdir ki,müzakirə mövzusu olaraq qalır.Bu səbəbdən də xanım rektor sosial medianın və cəmiyyətin maraq dairəsində olan şəxsdir.
Oxu24.com bildirir ki,Məleykə Abbaszadə Xalq yazıçısı,məşhur “General” romanının müəllifi "Şöhrət" ordenli Hüseyn Abbaszadənin gəlini olub.
Abbaszadə soyadını O,birinci evliliyi zamanı nikah bağlayarkən qəbul edib.M.Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə evli olub.Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar.İlqar Abbaszadə biologiya elmləri namizədidir.Hazırda ABŞ-də yaşayır.Pedaqoji fəaliyyətlə məşğuldur.
Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnistutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb.O,2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.
Qeyd edək ki,İlqar Abbaszadə ikinci dəfə ailə həyatı qurub.Qızı Lina, oğlu Mikayıl isə ikinci nikahdandılar. Yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitçell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.
Digər qızı Nərgiz Abbaszadə 1976-cı ilin avqust ayının 7-də Bakıda doğulub.
Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.
16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib.
Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb.
Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib.
Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Birk-Petersen müğənni Eldar Qasımov və aparıcı Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.
Nigar
10:47 / 22 Noyabr 2026
83
10:38 / 22 Noyabr 2026
81
10:16 / 22 Noyabr 2026
423
09:15 / 22 Noyabr 2026
694
08:56 / 22 Noyabr 2026
292
01:34 / 22 Noyabr 2026
206
01:33 / 22 Noyabr 2026
177
23:53 / 21 Noyabr 2026
957
23:41 / 21 Noyabr 2026
312
23:11 / 21 Noyabr 2026
1666
23:00 / 21 Noyabr 2026
188
22:47 / 21 Noyabr 2026
569
22:32 / 21 Noyabr 2026
242
22:20 / 21 Noyabr 2026
743
22:02 / 21 Noyabr 2026
645
21:49 / 21 Noyabr 2026
204
21:32 / 21 Noyabr 2026
741
21:27 / 21 Noyabr 2026
221
21:20 / 21 Noyabr 2026
203
21:17 / 21 Noyabr 2026
1056
20:49 / 21 Noyabr 2026
1407
20:33 / 21 Noyabr 2026
251
20:09 / 21 Noyabr 2026
2704
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.