Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
22 Noyabr 2026, 18:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
22.11.2026, 18:16
İraqın keçmiş diktatoru Səddam Hüseynin aviaparkına daxil olmuş iki “Boeing 747” təyyarəsi satışa çıxarılıb. Artıq 30 ildən çoxdur Tunisdəki hava limanında saxlanılan laynerlərin hər biri təxminən 900 min dollar dəyərində qiymətləndirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb.
İraqın milli aviadaşıyıcısı “Iraqi Airways” tərəfindən satışa çıxarılan təyyarələr 1982-ci ildə istehsal olunub. Onlar 1990-cı ilin avqustunda İraqın Küveytə müdaxiləsindən sonra Tunisin hava limanına aparılıb.
Həmin vaxt İraq hakimiyyəti təyyarələri mümkün hərbi zərbələrdən qorumaq məqsədilə ölkədən çıxarmaq qərarına gəlib. Lakin Körfəz müharibəsi başa çatdıqdan sonra beynəlxalq sanksiyalar və həllini tapmayan maliyyə məsələləri səbəbindən laynerləri İraqa qaytarmaq mümkün olmayıb.
Təyyarələrdən biri nadir modeldir
Satışa çıxarılan laynerlərdən biri aviasiya həvəskarlarının xüsusi marağına səbəb ola bilər. Söhbət “Boeing 747SP” modelindən gedir. Bu təyyarə məşhur genişgövdəli “Boeing 747”nin qısaldılmış versiyasıdır və uzun məsafəli uçuşlar üçün hazırlanıb.
Ümumilikdə bu modeldən cəmi 45 ədəd istehsal edildiyi üçün o, nadir təyyarələr sırasına daxildir.
Satışın şərtləri açıqlanıb
“Iraqi Airways” təyyarələri həm ayrı-ayrılıqda, həm də birlikdə almaq üçün müraciətləri qəbul edir. Hər bir laynerin ilkin qiyməti 900 min dollar müəyyənləşdirilib. Xidmət haqqı nəzərə alınmaqla iki təyyarənin ümumi dəyəri 1,84 milyon dollara çatır.
Alıcı təyyarələrin Tunisdən daşınması, gömrük rəsmiləşdirilməsi və digər əlavə xərcləri də özü ödəməlidir. Üstəlik, laynerlər hazırda olduqları yerdə və mövcud texniki vəziyyətdə təhvil veriləcək. Satıcı onların işlək vəziyyətdə olmasına zəmanət vermir və texniki xidmət öhdəliyi daşımır.
Hərracın 21 dekabr 2026-cı ildən 5 yanvar 2027-ci ilədək keçirilməsi planlaşdırılır. Satış İraqın Tunisdəki səfirliyinin nəzdində fəaliyyət göstərən xüsusi komissiya tərəfindən təşkil olunacaq.
İştirak etmək istəyənlər müraciətlərini şəxsən, elektron formada və ya “WhatsApp” vasitəsilə təqdim edə bilərlər. Bununla yanaşı, hər təyyarənin qiymətləndirilmiş dəyərinin 20 faizi həcmində təminat depoziti ödənilməlidir. Bu məbləğ hər layner üçün təxminən 180 min dollar təşkil edir.
18:21 / 22 Noyabr 2026
1
18:02 / 22 Noyabr 2026
69
17:59 / 22 Noyabr 2026
31
16:38 / 22 Noyabr 2026
136
16:29 / 22 Noyabr 2026
113
16:18 / 22 Noyabr 2026
1404
16:00 / 22 Noyabr 2026
179
14:27 / 22 Noyabr 2026
147
14:11 / 22 Noyabr 2026
167
13:47 / 22 Noyabr 2026
460
13:20 / 22 Noyabr 2026
149
12:51 / 22 Noyabr 2026
172
12:30 / 22 Noyabr 2026
378
12:17 / 22 Noyabr 2026
1579
11:38 / 22 Noyabr 2026
1915
11:12 / 22 Noyabr 2026
285
10:51 / 22 Noyabr 2026
872
10:47 / 22 Noyabr 2026
285
10:38 / 22 Noyabr 2026
179
10:16 / 22 Noyabr 2026
1067
09:15 / 22 Noyabr 2026
1208
08:56 / 22 Noyabr 2026
479
01:34 / 22 Noyabr 2026
244
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.